Elmar Məmmədyarov Böyük Britaniyaya gedi

2 Sentyabr 2013 16:18 (UTC+04:00)
Nazir Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək.

3-5 sentyabrda baş tutacaq səfər əsnasında nazir Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.

AzNews.az