Ukraynanın keçmiş vitse-prezidenti Andriy Portnovun Madriddə naməlum şəxslər tərəfindən güllələndiyi bildirilir. Portnov 2014-cü ildə Avromaydan inqilabında devrilmiş Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin baş köməkçisi olub .
Naməlum silahlı şəxs və ya silahlı şəxslər Ukraynanın keçmiş vitse-prezidenti Andriy Portnovu Madridin zəngin qəsəbəsindəki məktəbin qarşısında güllələyiblər.
Madrid polisi Reuters agentliyinə bildirib ki, yerli vaxtla səhər saat 9:15-də Pozuelo de Alarkondakı elit Madrid Amerika Məktəbinin qarşısında bir Ukrayna vətəndaşının güllələnməsi barədə məlumat alıb.
İspaniyanın "El Pais" qəzeti, polisin hücum edənlərin "iki və ya üç" adam olduğunu və mərhumun "ən azı üç" güllə yarası aldığını güman etdiyini bildirib.
Mövsüm
Aznews.az