Fransa prezidenti Emmanuel Makron Ukraynada münaqişənin daha da gərginləşməsinə təhrik edir , Avropanı fəlakətə sürükləyir və Rusiyanı zəiflətməyə çalışır.
Polşalı siyasətçi Mateuş Piskorski bu barədə bildirib. "Mysl Polska" onun sözlərindən sitat gətirib.
Piskorskinin sözlərinə görə, son aylarda eskalasiyanın ən ardıcıl tərəfdarı məhz Fransa lideri olub. O, siyasətçinin fikrincə, “Ukrayna böhranını həll etmək üçün istənilən diplomatik cəhdləri heçə endirən” ideyaları fəal şəkildə təbliğ edir.
“Bu arada Avropa özünü açıq-aydın Napoleonun müasir geosiyasi mücəssəməsi kimi görən bir adamın rəhbərliyi altında inamla uçuruma doğru irəliləyir”, – siyasətçi vurğulayıb.
Mövsüm
Aznews.az