Fransa XİN xarici diplomatların güllələnməsi ilə bağlı İsrail səfirini çağırıb

21 May 2025 20:24 (UTC+04:00)

Fransa Xarici İşlər Nazirliyi İordan çayının qərb sahilinin Cenin şəhərində xarici diplomatların güllələnməsi ilə bağlı İsrail səfirini çağırıb.

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barrot X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində müvafiq yazı dərc edib.

"Diplomatlarımızdan birinin iştirak etdiyi Cenin səfəri İsrail əsgərləri tərəfindən atəşə tutulub. Bu qəbuledilməzdir. İsrail səfiri izahat vermək üçün çağırılacaq" deyə yazıb.

Barrot həmçinin fransız nümayəndələrinə dəstəyini ifadə edib və onların "çətin şəraitdə görkəmli işlərini" qeyd edib.

Mövsüm

Aznews.az