ABŞ-ın əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışmaq olub.
Bunu ABŞ dövlət katibi Marko Rubio senatda dinləmələrdə deyib.
"Azərbaycana gəldikdə isə, bizim əsas diqqətimiz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışmaq olub. Komandalarımız bu mövzuda çox məşğul olub və orada silahlı müdaxilənin qarşısını almağa çalışıblar", - o qeyd edib.
AzNews.az