Netanyahu girovları azad etmək üçün atəşkəsə hazır olduğunu bildirib

21 May 2025 22:51 (UTC+04:00)

İsrail girovları azad etmək üçün Qəzza zolağında müvəqqəti atəşkəsə hazırdır.

Bu barədə ölkənin baş naziri Benyamin Netanyahu Qüdsdə mətbuat konfransı zamanı bildirib.

"Mütləq 20-yə yaxın girov sağ qalıb. Əgər müvəqqəti atəşkəs ehtimalı varsa, biz buna hazırıq", - Netanyahu "Sky News" YouTube kanalında yayımlanan tədbirdə deyib.

Baş nazir əlavə edib ki, bütün girovlar azad edilərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.

Mövsüm

Aznews.az