Meksikanın Nuevo Leon ştatında dizel zavodunda partlayış baş verib.
Bu barədə BNO xəbər agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ən azı bir nəfərin yaralandığı bildirilir. O, xəstəxanaya yerləşdirilib. Bundan əlavə, daha 11 nəfər hadisə yerindən təxliyə edilib.
Yerli mülki müdafiə departamentinin məlumatına görə, partlayışdan sonra başlayan yanğın hər birində təxminən 10 min litr yanacaq olan ən azı 13 konteynerə keçib.
Mövsüm
Aznews.az