Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki, lakin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu siyahıya aşağıdakı qurumlar daxildir:
- “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs;
- “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyində olan “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli Cəmiyyəti;
- “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;
- “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.
AzNews.az