İspaniya məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andriy Portnovun qətli ilə bağlı işi məxfiləşdirib.
Bu barədə mənbələrə istinadən EFE agentliyi məlumat yayıb .
"Portnovun ölümünü araşdıran hakim məhkəmə prosesinin gizli saxlanmasına qərar verib", - məlumatda deyilir.
Qeyd olunur ki, mayın 22-də səhər tezdən məhkəmə-tibb ekspertləri Portnovun cəsədinin yarılmasına başlayıblar, lakin ölüm səbəbi ilə bağlı ilkin hesabat hələ dərc edilməyib. Qətlin iki ortaq tərəfindən törədildiyi güman edilir.
Mövsüm
Aznews.az