Makron: Fransa və Çin Ukraynada dərhal atəşkəsə çağırır

22 May 2025 21:14 (UTC+04:00)

Fransa və Çin Ukraynada dərhal atəşkəs əldə etməyə çağırır.

Bu barədə Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə cavab olaraq Paris və Pekin davamlı və sabit sülhə nail olmaq məqsədini güdürlər.

"İlk addım dərhal və qeyd-şərtsiz atəşkəsdir", - Fransa prezidenti X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Mövsüm

Aznews.az