Polşa DİN Belarusla sərhəddə elektron şlaqbaum qurmağı planlaşdırdığını açıqlayıb

22 May 2025 21:15 (UTC+04:00)

Belarusla sərhəddə yerləşən Polşanın Lyublin Voyevodalığında elektron şlaqbaum tikilir.

Bu barədə ölkənin daxili işlər və administrasiya naziri Tomaş Siemonyak məlumat verib.

“İnterfaks” onun sözlərindən sitat gətirir : “Lüblin Voyevodalığında Polşa-Belarus sərhədində sərhəd çayı Buq üzərində elektron hasarın tikintisi üzrə işlər aparılır”.

Onun sözlərinə görə, şlaqbaum iyulun 20-dək hazır olacaq. O, hasarın tikintisinin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə vacib alət olduğunu vurğulayıb.

Mövsüm

Aznews.az