Avropa İttifaqının (Aİ) enerji siyasəti absurddur və Ukraynanı dəstəkləməyə yönəlib.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
"Ukraynadan enerji təhdidi artıb. Dünən Avropanın xarici işlər nazirləri sanksiyaların son mərhələsini müzakirə etmək üçün Brüsseldə görüşüblər. Aydındır ki, Brüssel bürokratları absurd enerji siyasətinə keçiblər", - Orban Facebook sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Macarıstanda enerji siyasəti enerjinin ucuz, əlçatan və təhlükəsiz olmasına yönəlib. Onun sözlərinə görə, bu, iqtisadiyyatın rəqabət qabiliyyətinin əsasını təşkil edir.
Mövsüm
Aznews.az