İsrail İrandakı nüvə obyektlərinə zərbə endirərsə, Tehran ABŞ-ni belə bir hücumda şərik hesab edəcək və ABŞ -ni buna görə cavab verməyə məcbur edəcək.
İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bu barədə BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossiyə məktubunda bildirib.
“Biz həmçinin əminik ki, sionist rejim (İsrail hakimiyyəti – red.) tərəfindən İran İslam Respublikasının nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə ABŞ hökuməti bu hücumun şəriki olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq”, - deyə Əraqçi bildirib.
Mövsüm
Aznews.az