Pakistan Hindistanın İslamabaddakı səfirliyinin əməkdaşlarını “persona non-qrata” elan edib

22 May 2025 22:11 (UTC+04:00)

Pakistan Hindistanın İslamabaddakı səfirliyinin əməkdaşını “diplomatik normaları pozduğu və statusuna uyğun gəlməyən fəaliyyətlə məşğul olmaq” iddiası ilə persona non qrata elan edib.

Pakistan Xarici İşlər Nazirliyinin X hesabında bir yazıda deyilir : "Hökumət İslamabaddakı Hindistan Ali Komissiyasının əməkdaşını statusu ilə uyğun gəlməyən fəaliyyətlərlə məşğul olduğu üçün persona non qrata elan edib ".

Açıqlamada, "diplomatik normaları pozduğu" iddia edilən Hindistan rəsmisindən 24 saat ərzində Pakistanı tərk etməsinin istəndiyi və qərarla bağlı məlumatlandırılması üçün Hindistan səfirliyinin müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığı bildirilib.

Hindistan həmçinin Pakistanın Yeni Dehlidəki Ali Komissiyasının bir məmurunu “rəsmi statusuna uyğun gəlməyən fəaliyyətlə məşğul olduğu və casusluqla məşğul olduğu” əsas gətirərək deportasiya etmək qərarına gəlib.

Rəsmidən 24 saat ərzində Hindistanı tərk etməsi tələb olunub.

Mövsüm

Aznews.az