Aprelin 13-də keçirilən 9-cu siniflərin buraxılış imtahanın nəticələri bu gün açıqlana bilər

23 May 2025 13:36 (UTC+04:00)

Aprelin 13-də baş tutan 9-cu siniflərin buraxılış imtahanın nəticələri bu gün açıqlana bilər.

Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat verib.

“Proses esselərin yoxlanılmasına görə yubanıb, amma mənə məlumat verilib ki, bu gün yekunlaşacaq” - M.Abbaszadə bildirib.

AzNews.az