ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ABŞ-nin başqa ölkələrin işlərinə qarışmaq siyasətindən əl çəkdiyini göstərdi.
Bu barədə ABŞ-nin vitse-prezidenti J.D.Vens Merilend ştatının Annapolis şəhərində ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərqə səfərinin ən mühüm elementi Vaşinqtonun onilliklər ərzində izlədiyi və ABŞ-nin Qurucu Atalarının ideyalarına zidd olan xarici siyasət yanaşmasının rədd edilməsi olub.
“Xarici siyasətimiz uzun müddətdir ki, milli müdafiə və müttəfiqlərimizi qoruyub saxlamağın dövlət quruculuğu və digər ölkələrin, hətta ABŞ-nin əsas maraqlarına heç bir aidiyyəti olmayan ölkələrin işlərinə müdaxilə ilə əvəz olunduğu bir təcrübə olub”,-deyə qeyd edib.
Mövsüm
Aznews.az