Berlinin Spandau rayonundakı məktəblərdən birində 13 yaşlı yeniyetmə idman zalının paltardəyişmə otağında mübahisə zamanı sinif yoldaşına bıçaqla hücum edib.
Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
Hadisə mayın 22-də günorta saatlarında altıncı sinif şagirdləri arasında baş verib.
Hücum edən yeniyetmə dərhal məktəbdən qaçıb. Onu axtarmaq üçün polis helikopter qaldıraraq yaxınlıqdakı bütün küçələri bağlayıb, həmçinin izləyici itlərdən də istifadə edib. Bir neçə saat sonra uşaq metroda tapılıb.
Mövsüm
Aznews.az