ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarətin çox çətin olduğunu və buna görə də iyunun 1-dən Aİ ölkələrinə 50% ticarət tariflərinin tətbiqini tövsiyə etdiyini bildirib.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
"Onlarla danışıqlarımız heç bir nəticə verməyəcək! Ona görə də mən 2025-ci il iyunun 1-dən etibarən Avropa İttifaqına birbaşa 50 faizlik tarifləri tövsiyə edirəm", - o yazıb.
Tramp əlavə edib ki, güclü ticarət maneələri, əlavə dəyər vergisi (ƏDV), Amerika şirkətlərinə qarşı əsassız məhkəmə iddiaları və digər səbəblərə görə ABŞ-nin Aİ ilə ticarət aparması çətindir. Onun sözlərinə görə, bu səbəbdən ABŞ hər il 250 milyon dollar itirir.
Mövsüm
Aznews.az