Hakan Fidan Rusiyaya səfər edəcək

24 May 2025 14:01 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.

Aznews.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində baş tutacaq.

Səfər çərçivəsində nazir Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirəcək.