İsrail mayın 21-dən etibarən Qəzza zolağına 100 yük maşını buraxıb

25 May 2025 11:04 (UTC+04:00)

İsrail çərşənbə günündən etibarən 100 yük maşınının Qəzza zolağına daxil olmasına icazə verib, lakin bu, anklavın iki milyon sakini üçün lazım olan yardım səviyyəsindən çox uzaqdır.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramı Qəzzada kəskin ərzaq çatışmazlığı barədə xəbərdarlıq edib və anklavda 70 mindən çox uşağın qida probleminin olduğunu bildirib.

Xatırladaq ki, mayın 19-da İsrail hökuməti anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzzaya əsas ərzaq ehtiyatlarının idxalına icazə verəcəyini açıqlayıb.

Qəzza hökumətinin hesablamalarına görə, sakinlərin ən əsas ehtiyaclarını ödəmək üçün anklavda hər gün humanitar yardım daşıyan 500-ə yaxın yük maşını gəlməlidir. (report)

AzNews.az