XİN könüllüləri Xankəndi və Şuşaya səfər ediblər

26 May 2025 11:43 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin diplomatiya könüllüləri könüllü proqramı çərçivəsində Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, habelə tarixi-mədəni irs nümunələrimiz ilə tanış olublar.

Səfər çərçivəsində könüllülər, həmçinin Qarabağ Universiteti ilə tanış olub, Universitetin rəhbər və tələbə kollektivi ilə görüş keçiriblər.