Misirli diplomat: İslamdan siyasi maraqlar naminə istifadə müsəlman icmaları üçün ciddi təhdiddir

26 May 2025 14:18 (UTC+04:00)

Misirli diplomat Abdərəhman Salahəldin İslamın siyasi maraqların, ideologiyanın və dövlət idarəçiliyinin təşviq edilməsində alət kimi istifadəsini yolverilməz adlandırıb.

O bunu Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində panel müzakirəsində deyib.