Kreml Fidanın Moskva səfərinin təfərrüatlarını açıqlayıb

26 May 2025 15:28 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıla bilər.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Əlbəttə, bu danışıqlarda əsas mövzu ikitərəfli münasibətlərin müzakirəsi olacaq, lakin təbii ki, Ukrayna məsələsi üzrə fikir mübadiləsi də məcburi olacaq”, - deyə Peskov brifinqdə bildirib.

Mövsüm

Aznews.az