İranın ABŞ-yə nüvə mesajı: "Uran zənginləşdirilməsi bizim qırmızı xəttimizdir"

26 May 2025 18:28 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında ABŞ ilə nüvə danışıqları və uranın zənginləşdirilməsi fəaliyyətləri ilə bağlı açıqlamalar verib.

Uranın zənginləşdirilməsinin İranın dinc nüvə enerjisi və nüvə sənayesinin ayrılmaz bir parçası olduğunu vurğulayan Bəqayi , "uranın zənginləşdirilməsində zərrə qədər də elastiklik göstərməyəcəyik",-deyə qeyd edib.

ABŞ Prezidenti Donald Trampın "İranla konstruktiv danışıqlar aparılıb" ifadəsinə toxunan Bəqayi, "Biz bunu əvvəldən açıq şəkildə bildirdik. Əgər ABŞ-nin məqsədi İranın nüvə proqramının hərbiləşdirilməsinin qarşısını almaqdırsa, bu, artıq enerjidən hərbi istifadə üçün heç vaxt hərbi istifadə etməyi hədəfləməmişik. Əgər qarşı tərəfin xoş niyyəti varsa, biz də danışıqların davam etdirilməsi ilə bağlı nikbin ola bilərik, lakin məqsəd İranı qanuni hüquqlarından məhrum etməkdirsə, bu proses mütləq nəticəyə çatmayacaq”.

Mövsüm

Aznews.az