Avropa Komissiyası dörd platformaya qarşı Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğu iddiası ilə, xüsusən də "pornoqrafik məzmunu yetkinlik yaşına çatmayanların girişindən qorumaq üçün kifayət qədər tədbirlər görülmədiyi" üçün araşdırma başladıb.
Bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat verilib .
Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen vurğulayıb ki, "İnternet uşaqlar üçün təhlükəsiz məkan olmalıdır. Bizim əsas vəzifəmiz yetkinlik yaşına çatmayanları qorumaq və onlara internetdən təhlükəsiz istifadə etmək imkanı verməkdir".
Komissiya bildirib ki, platformalar uşaqlara açıq-saçıq məzmuna daxil olmaq imkanı verən effektiv yaş yoxlaması da daxil olmaqla kifayət qədər qorunma təmin edə bilmədi. Brüssel hesab edir ki, şirkətlər riskləri əvvəlcədən qiymətləndirməli və qoruyucu tədbirlər həyata keçirməli idilər, lakin bunu etməyiblər.
Press-relizdə vurğulanıb ki, istintaqın açılması təqsirkarın avtomatik etirafı demək deyil, daha dərin təhlil və mümkün əlavə sanksiyalar üçün əsas verir. Görülə biləcək tədbirlərə müvəqqəti məhdudiyyətlər, cərimələr və aşkar edilmiş pozuntuların aradan qaldırılması üzrə öhdəliklər daxildir.
Mövsüm
Aznews.az