NATO genişlənməsini dayandırmalı və Ukrayna münaqişəsində iştirakına son qoymalıdır.
Bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen məlumat verib.
“NATO genişlənməyi dayandıra bildiyi halda, nəyə görə Ukrayna NATO-dan imtina etməlidir? — Dizen X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O, həmçinin əlavə edib ki, ABŞ və NATO Ukrayna münaqişəsinin tərəfləridir və buna son qoymalıdırlar. Üstəlik, onun sözlərinə görə, alyansın hərəkətləri təhlükəsizlik sahəsində rəqabətə və Ukraynadakı münaqişəyə səbəb olub.
Mövsüm
Aznews.az