İradə İsaq ad günündə ağladı- FOTOLAR

3 Sentyabr 2013 09:19 (UTC+04:00)
Tanınmış teleaparıcı İradə İsaq sentyabrın 2-də 33 yaşını qeyd edib.

Teleaparıcının təmtəraqlı ad günü mərasiminə çox sayda sənət adamları qatılıb. Onların arasında xalq artistləri Məleykə Əsədova, Mənsum İbrahimov, Səməd Səmədov, əməkdar artist Almaz Ələsgərli, müğənni Kərim Abbasov, Rəqsanə, meyxanaçı Namiq Məna, aparıcı Leyla Mustafayeva və başqaları olub.

Şoumen Kamran Həsənlinin aparıcılıq etdiyi gecədə İ.İsaqı öz mahnıları ilə təbrik edən sənətçilərin çıxışları zamanı maraqlı anlar da yaşanıb.

Xalq artisti Azər Zeynalov "Şükriyyə" mahnısını ifa edərkən İradə İsaq göz yaşlarını saxlaya bilməyib.

AzNews.az