Netanyahu İsrailin HAMAS liderini məhv etdiyini açıqlayıb

28 May 2025 20:40 (UTC+04:00)

İsrail qüvvələri HAMAS hərəkatının lideri Məhəmməd Sinvarı öldürüb.

Aznews.az N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı deyib.

Mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunis şəhərindəki Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlayıb. İsrailin dövlət televiziyası Kan xəbər verib ki, hədəf Qəzza zolağında HAMAS-a və təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına rəhbərlik edən Məhəmməd Sinvar olub.