Tbilisidə “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 May 2025 21:34 (UTC+04:00)

Tbilisinin ən yüksək nöqtəsi sayılan televiziya qülləsi, həmçinin Kür çayı üzərində yerləşən və şəhərin simvollarından sayılan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Aznews.az xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.