21 nəfəri ilan sancdı: 2 uşaq öldü

3 Sentyabr 2013 09:58 (UTC+04:00)
Avqust ayı ərzində ilan sancması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə 21 nəfər gətirilib.

Qaraqurd sancması ilə 7, əqrəb sancması ilə bağlı isə 4 hadisə qeydə alınıb. Bu barədə məlumatı AzNews.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.

Onun sözlərinə görə, bu ötən illərlə müqayisədə az olsa da ilan sancmalarının sentyabr ayında da davam edəcəyi gözlənilir. İndiyə qədər olan statistikaya əsasən ilan sancmasından 2 ölüm faktı qeydə alınıb. Ölüm faktlarından biri Şəkidə, digəri isə Şamaxıda qeydə alınıb. Hər iki hadisədə ilan sancmasından dünyasını dəyişən uşaqlardır.

Şəkidən gətirilən uşaq 10, Şamaxıdan gətirilən uşaq isə 7 yaşında olub. A.Maqsudovun sözlərinə görə, ölüm hallarına səbəb hər iki halda xəstəyə ilkin müdaxilənin vaxtında göstərilməməsidir.

Elnarə
AzNews.az