Pakistan və Əfqanıstan arasında silahlı toqquşma baş verib

29 May 2025 23:39 (UTC+04:00)

Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.

Hadisə ilə bağlı əlavə detallar barədə məlumat verilməyib.