"İlham Əliyevə güclü rəhbər kimi hörmət edirəm"- Ramzan Kadırov

3 Sentyabr 2013 10:36 (UTC+04:00)
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla görüşüb söhbətləşib.

ANS TV-nin Baş Xəbərində yaımlanmış söhbət əsnasında Ramzan Kadırov indiyə kimi heç kimə açmadığı təfərrüatları açıqlayıb. Aşağıda söhbətin stenoqramına baxa bilərsiniz.

V.M: Salam, bu gün sizin atanızın doğum günüdür, ruhu şad olsun. İlk növbədə mən bilmək istərdim ki, o, doğum gününü necə qeyd edirdi... Necə ad günü keçirməyi xoşlayırdı?

R.K: Mənim atam dindar adam olub. Elə olmayıb kı, o ad günü qeyd etsin. Sadəcə, yaxın adamlar toplanır, dua oxunur, sədəqə paylanırdı. Dövlət işləri ilə məşğul olmağa başladıqdan sonra o ad günü keçirməyə başladı. Sırf müsəlman qaydasi ilə, çeçen qaydası ilə, ailə, yaxın adamların iştirakı ilə. Böyük ad günü keçirməyi xoşlamırdı.

V.M: Əhməd Hacı teologiya sahəsində alim olub. Mənə həmişə maraqlı olub ki, o, dövləti necə idarə edirdi. Çünki onun bu sahədə xüsusi bilikləri yox idi. Amma sonra mən fikirləşdim və başa düşdüm ki, Quran elə dövlət idarəçiliyi üzrə bir vəsaitdir. Siz necə hesab edirsiniz?

R.K: O, həqiqətən də dindar adam olub. Mən fikirləşirəm ki, əgər kimsə dini təhsil alırsa, bura sadəcə dövlət idarəçiliyi daxil olmasın. Onun aldığı təhsildə jurnalistika da, səhiyyə də olub, hər şey olub, beynəlxalq əlaqələr hüquq elmi. Orda hər şey olub. Həm də Quranda hər şey yazılıb. İndi bəzi alimlər ixtiralar edib. Bunlar hamısı Quranda var. Ona görə əgər insan Quran öyrənibsə, o bu dünyada yeni heç bir şey öyrənməyəcək, onun üçün yeni heç nə olmayacaq. Ona görə Əhməd Hacı hər şeyi tez mənimsədi və idarə etməyə başladı. Təsəvvür edin, müharibədən sonrakı respublika, 12 illik qanunsuzluq, təhsilsiz, səhiyyəsiz, heç nəsiz, bundan əlavə bir tərəfdə federal qoşunlar armadası bir tərəfdən, beynəlxalq terrorçular armadası. O, onların arasında dayandı və xalqı, xalqın hüquqlarını müdafiə etməyə başladı. Və o bunu çox uğurla yerinə yetirirdi. O bunu elə-belə başlamadı. O, möhkəm fundament qoydu. Biz də onun işini davam etdiririk.

V.M: Elə bu barədə mən sizdən soruşmaq istərdim. Müasir çeçen dövlətinin quruculuğunda çox adam iştirak edib və ya etmək istəyib. Amma bunu edə bilən, xalqın qəbul etdiyi yeganə adam sizin atanız Əhməd Hacı oldu. O digərlərindən nə ilə fərqlənirdi?

R.K: Deyə bilmərəm, o nəyi ilə fərqlənirdi. Onun fərqi o idi ki, o, əsl mömin idi. O hər şeyi Allaha həvalə edirdi. Bir işə başlayanda deyirdi ki, "Hər şey Allahın hökmü ilə olacaq". Ona görə o, heç nədən qorxmurdu. Ancaq Allahdan qorxurdu. Vicdanını, şərəfini itirməkdən qorxurdu. Əgər insan bunları fikirləşirsə, o heç vaxt səhv etməyəcək. Ona görə o sakit idi, o bilirdi ki, o, Allahın quludur, xalqın qulluqçusudur. O, İslamı insanlara kömək etmək üçün öyrənib. İslamı yaymaq üçün öyrənib. O bunu edə bildi. O, Qafqazda birinci mədrəsəni inşa edib. O birinci dəfə Quranı nəşr etdirib. Quranı ilk dəfə bura gətirib. Biz Şeyxülislamla bu gün bu barədə danışdıq. O zamanlar Quranı əldə etmək çox çətin idi. Quranın müsəlman üçün nə anlam verdiyini başa salmaq çətin idi. O doğrudan da müsəlmanlar üçün, həqiqi müsəlmanlar üçün çox şey edib. Ona görə, onunla yalnız çeçenlər, müsəlman rusiyalılar yox, bütün müsəlmanlar fəxr etməlidir. Bunu ona görə demirəm ki, o mənim atam olub. Bizdə elə şey yoxdur ki, oğul atanı, və ya ata oğulu tərifləsin. O mənə həmişə deyərdi ki, mən onun köməkçisiyəm, ona görə ilk prezident olan atam haqqında bu sözləri deyə bilirəm.

V.M: Çox çətin vaxtlar idi. Onun dərin biliklərindən əlavə onun qarşısıalınmaz cəsarəti də var idi. Yadımdadır, o, 1999-cu ildə şeyxülislamın 50-illiyinə Bakıya gəlmişdi. Mən ondan müsahibə aldım. O həmin vaxt sizin indi dediyiniz müdrik sözləri deyirdi. Mənim sualım belədir. İnsanın cəsarəti onun ailəsinə olan narahatlığı ilə məhdudlaşdırılır. Bilirəm ki, çətin dövrlər olub, bəzi sirləri açacam, elə vaxtlar olub ki, onun ailəsini ölkədən çıxarmaq imkanı yaranıb. Məhz siz dediniz ki, ailə heç hara getməyəcək. O da o zaman demişdi ki, Ramzan buna qarşıdır, heç kim heç hara getməyəcək.

R.K: Siz bunu yadıma saldınız. O mənim əmim şeyxülislamla da bu barədə danışıb. Biz öz xalqımızı qoyub necə gedə bilərik? Biz gedəcəyik, gizlənəcəyik, nə dəyişəcək ki? Allah deyir ki, biz onu və peyğəmbəri öz uşaqlarımızdan, valideynlərimizdən, hər şeydən çox sevməliyik. Ona görə biz Allahı, İslam dinini hər şeydən çox sevirik. Bu zaman sən heç nədən qorxmursan. Bilirsən ki, ölüm nə vaxt yazılıbsa, gələcək. Hər şey Allahın əlindədir. İnanmayan adam mənim sözlərimi başa düşməyə bilər, deyər ki, o boş-boş danışır. Amma bu belədir. Əgər biz ona mane olsaydıq. Anam, onun həyat yoldaşı, biz uşaqlar ona mane olsaydıq, iradlarımızı bildirsəydik, o, uğur qazana bilməzdi. Bizim haqda fikirləşərdi. Biz qətiyyətlə ona dedik ki, biz heç hara getmirik, sizinlə qalırıq, Allahın adına ölməyə hazırıq. Xalqımız uğrunda mübarizə aparmağa hazırıq. O kənara baxmırdı, kim nə fikirləşir, o cəsarətlə qabağa getdi, biz də onun arxasınca getdik. Bununla da biz ona dəstək olduq. O məni həmişə döyüşə göndərirdi və deyirdi: "Əgər mən haqlı deyiləmsə, nəyə görə oğlumu göndərirəm? Bilirəm ki, əgər o ölsə, şəhid olacaq".
Bu şeytanı məhv etmək lazımdır. Bu onun, ya da şeyxülislamın sözləri deyil, bu, peyğəmbərin sözləridir. Bu barədə hədis də var. Peyğəmbərin hədisləri biz müsəlmanlar üçün həyatdır. Ona görə biz sünnədə, Quranda yazılan kimi edirdik və irəli gedirdik.

V.M: Sizin döyüşkən xarakterinizə biz daha sonra qayıdacağıq. Mən daha ağır mövzuya toxunmaq istərdim. Bu 2004-cü ildir. Mayın 9-u Qafqaz üçün, Çeçenistan üçün, xüsusən sizin ailəniz və şəxsən sizin üçün böyük faciə baş verdi. Nə baş verdi? Bundan sonra necə yaşaya bildiniz? Özünüzdə bunu keçirmək üçün necə qüvvə tapdınız? Burda qorxudan başqa anlaşımazlıq da var idi. Bilinmirdi kim dostdur, kim düşmən. Belə anda da işi davam etdirmək lazımdır. Hamıya göstərmək lazımdır ki, heç nə dayanmayıb, ideyalar qüvvətlidir. Və bunu davam etdirəcək adam var. Bunu necə edə bildiniz?

R.K: Bayaq dediyim kimi. Elə əvvəllər də, 1999-cu ildə olub. Gecə idi, bizdə işıqlar yox idi. Mənim atamla uzun söhbətim oldu. Mən onun yanına gəldim və dedim. Bütün bunlar bizim nəyimizə lazımdır? Federallar biz quldurluqda ittiham edir. Bizimkilər isə bizi xəyanətdə ittiham edir. Bunlar nəyə lazımdır? O isə yaxşıca güldü və dedi ki, Ramzan qorxdun? Həmin söhbətdən sonra mən ona dedim ki, mən bu gündən sizin oğlunuz yox, köməkçinizəm. Mən göstərəcəm, mən nə cür köməkçi, tərəfdaş və həmfikirəm. Mən ondan sonra döyüşkən tərəfi seçdim. O məni həmişə hazırlayırdı. Əgər belə desəm səhv etmərəm. Bizim söhbətimiz oldu. Mayın 5-i. Mən maşınla gedirdim, o isə təyyarə ilə mayın 6-ı Moskvaya Putinin andiçmə mərasiminə gedirdik. O məndən soruşdu ki, sən niyə maşınla gedirsən, otur mənimlə təyyarədə gedək. Mən dedim ki, mən maşınla gedim, sizi Moskvada qarşılayaram. O isə dedi ki, əgər sənə bir şey olsa, mən bunu oğlumüçün demirəm, biz də münasibətlər elədir ki, ciddidir, sənən bir tərəfdaş, yoldaş kimi deyirəm, əgər sənə bir şey olsa mənə çox çətin olacaq. Mən isə dedim ki, mən minlərlə adamdan biriyəm. Yox, sən onlardan deyilsən. Əgər mənə bir şey olsa, sən mənim işimi davam etdirə bilərsən, əgər sənə bir şey olsa, mən də heç nə alınmayacaq . Mayın 5-i bizim belə söhbətimiz oldu. Anam şahiddir. İnaqurasiyadan sonra, ayın 8-i bura təyyarə ilə gələndə söhbət oldu. Bütün bu vaxları o məni hazırlayırdı. Bu baş verəndə isə mən bunu bir ssenari kimi qəbul etdim, Allah mənə yardım etdi. Mən əvvəl fikirləşirdim ki, əgər atama bir şey olsa mən ölərəm. İnfarkt olaram, ürəyim partlayar. Amma mən bunu qardaş itkisindən daha yüngül keçirdim. Qardaşım öləndə , mən daha çox qorxmuşdum. Amma bundan sonra biz ayağa qalxdıq. Elan etdik ki, bizim komandamız var, bu sözü ilk dəfə mən fikirləşdim. Xalq qorxmuşdu. Biz zikr etməküçün alimləri yığa bilmirdik. Hamı qorxmuşdu. Bütün bazarlar bağlanmışdı. Mən həmin vaxt Qroznıya gedəndə çox az maşın gözə dəyirdi.

Həmin vaxt mən hamını – komandirləri mərkəzi meydanda yığdım və elan etdim ki, düşmənləri məhv edəcəyik. Bundan sonra əhali üzə çıxmağa başladı. İnsanlarda inam yarandı. Mən Allah, xalq və öhdəliyimizdən olan işlərin xətrinə istənilən qərarı qəbul etməyə tam hazır idim. Mənə deyiləndə ki, qardaşım ölüb çox qorxmuşdum. Amma bu baş verməmişdən əvvəl isə çox sakit idim. Mən bilirdim ki, mənim düşmənlərim çoxdur. Onlar arasaında hətta bizi qardaş adlandıran siyasətçilər də var idi. Dosltarımız, yoldaşılarımız da, həmçinin. Atam sağ ikən mənə bu barədə danışmışdı. Demişdi ki, əgər məsələn belə bir iş olsa, filankəslər-bəhmənkəslər sənə qarşı çıxacaq. Allaha and olsun ki, o mənə hər nə demişdisə, hamısı həyata keçdi. Onun dediyi kimi mənə qarşı çıxanlar, sanki əvvəlcədən yazılmış sxem kimi əlimizdə idi.

V.M: Yəni o, sizi bütün bunlara hazırlayırdı.

R.K: Bəli, elədir ki, var.

V.M: Və komandada kimin kim olduğunu deyirdi?

R.K: O, deyird ki, məsələn, filankəs sizi sata bilər, filankəs sizə qarşı çıxa bilər. O, nə var, hər şeyi deyirdi.

V.M: Bu, sizə kömək edirdi?

R.K: Bəli, elə, indi də kömək edir. Mən indi də 2002-ci ildən indiyə kimi o zaman onun dediyi sözlərə əsasən qərarlar qəbul edirəm. Indi mənim üçün istənilən qərarı qəbul etmək çox asandır. O, nə edərdi, nə deyərdi, və bənzər fikirlərini yada salaraq buna əsasən qərarlar qəbul edirəm. Qaranlıq qalan məsələlərdə isə, şəriət qaydalarına müraciət edirəm. Hansısa məsələdə kömək lazım olanda, məsləhətçilərin pulsuz institutlarına müraciət edirəm. Məsələn, bizim şeyxülislam, Xocə Murtəcci kimi böyüklərimiz həmin insanlardandır. Və digər insanları nümunə göstərmək olar.Yəni, mən həmin dövrdən danışıram. Çətin vəziyyətdə nə etmək olardı, Əhməd Hacı belə vəziyyətdə nə edərdi?! Mən deyərdim ki, Əhməd Hacının yaratdığı möhkəm və əsaslı bünövrə üzərində tikinti indi daha sadə gedir.

V.M: Aydındır. Sualım bilirsiz nədəndir? 2004-cü ildə o, dünyasını dəyişdikdən sonra, ruhu şad olsun, buna Rusiya rəhbərliyinin reaksiyası necə oldu? Xüsusilə də, onlar sizi bu yolun davamçısı kimi görürdülərmi? Yoxsa sizin tanışlığınız daha əvvəldən var idi?

R.K: Bəli, mən həmin dövrə qədər artıq Putinlə tanış idim. Atam məni onunla tanış etmişdi. Əhməd Hacının ölümündən sonra biz onunla uzun müddət söhbət etdik. O, atamın mənim barəmdə ona danışdığını bildirdi. Yəni mənim bu komandadakı rolumu və sairə.

V.M: Deməli, o, eyni zamanda, Putini də hazırlayıb.

R.K: Bəli, Putin mənim kim olduğumu bilirdi. Atamın ölümündən sonra o, dərhal mənə zəng etdi. Mən onda Kremldə idim. Və mən başa düşdüm ki, Putin onu gözdən pərdə asmaq üçün deyil, həqiqətən də, ürəkdən sevib və hörmət edib. Və o gün mən özümə söz verdim ki, mən bu insanı, ölkənin prezidenti, ali baş komandanı, istər sıravi olsun, istər prezident heç vaxt pis vəziyyətdə qoymayacam. Çünki mən onun bütün bunlara görə necə məyus olduğunu görmüşdüm. Özümə söz verdim ki, onu heç vaxt pis vəziyyətdə qoymayacağam. O da mənə söz verdi ki, biz stabillik yaratmaq üçün sonuna qədər mübarizə aracaq. Və mən dedim ki, o, mənə beynəlxalq terroristlərə qarşı mübarizə aparmağa imkan versə , bıçağı əlimə almağa hazıram. Hətta o, imkan veməsə də, mən terroristlərə qarşı mübarizə aparacam. Bu, bir müsəlman kimi, Çeçen kimi və Rusiya vətəndaşı kimi mənim borcumdur.

V.M: Amma onun dəstəyi də lazım idi. Onun sizə köməyi oldumu?

R.K: Əlbəttə, dəstək lazım idi. Dəstək hamıya lazımdır. Prezidentə dövlət dəstək olmalıdır. O, güclü xarakterə malikdir. Hər kim nə desə də, onun siyasi çəkisi çoxdur. Xarizması var. O, hökuməti düzgün idarə edir. Onda bu, yaxşı alınır. Çünki o, ədalətli bir insandır. Mən onu belə tanıyıram. O, əgər belə olmasa idi, onda heç nə alınmazdı. O, həmişə yüksək əhval ruhiyədə olur. İnsanlara islah olmağa imkan verir. O, həyatın dəyərini bilir və ona görə xalqını çox sevir. Onunla işləmək rahatdır. Onun dəstəyi olmasa idi... Əlbəttə, hər şey Allahın iradəsinə tabedir. Hər şeyin bir səbəbi var. Çeçenistandakı stabilliyin səbəbkarı isə, ölkənin prezidentidir.

V.M: 2008-ci ildə siz hakimiyyətə gəldiniz. Sizin artıq 30 yaşınız olmuşdu və siz konstitusiyaya əsasən ölkə prezidenti ola bilərdiniz. Həmin vaxt çətin dövr idi, çətin qonşularnız var idi. necə prezident oldunuz?

R.K: Bir nəfər inquşetiyalı deyirdi ki, yəhudilərlə söhbətdə, onlar mənim hakimiyyətdə ay yarımdan artıq qalmayacağımı proqnozlaşdıırblar. Yəni necə deyim, həmin dövrdə heç kim inanmırdı. Onlara qəribə gəlirdi. Onlar mənə ay yarım vaxt qoymuşdular. Onların sözlərinə grə, əgər mən 3 ay hakimiyyətdə qalsa idim, deməli artıq qüdrətli insanam. Həmin dövrdə özlərini ağıllı hesab edən bir qrup yəhudi ilə oturub söhbət edirdik. Aramızda siyasətçilər də var idi. Bu söhbət də orada olmuşdu. Onlara görə, mənim hakimiyətdə 3 ay qalmağım böyük nailiyyət idi. Onlar heç nəyə inanmırdılar. Bu, onlara həqiqət kimi gəlmirdi. Mənsə mömin insanam. İlk növbədə qonşularla dost olmaq lazımdır, belə olmadıqda işlər qaydasında getmir. Son dövlərdə az qalsın inquşlarla münasibətərimiz korlanacaqdı. Baxmayara ki, bu bizim günahımız deyildi. Ona görə inşallah Allah bizi bağışlayar. Ümumiyətlə isə, qonşularla dost və qardaş münasibətlərindəyik. Və öz günahımıza görə heç kimlə mübahisəyə girmirik. Digər qonşu ölkələrin də, o cümlədən, Azərbacanın Rusiya ilə dost münasbitində qalmağı tövsiyə edirik. Bizimlə dostluq etmək istəməyənlərin isə arxasınca qaçmayacağıq. Biz bu cür millət olaraq, respublika olaraq formalaşmışıq. Bizim bütün millətlərlə və dövətlərlə çox gözəl münasibətlərimiz var. Bizim vasitəmizlə Rusiyaya qarşı siyasət yürütmək istəyənlər var ki, biz onlara qarşı ehtiyat tədbilərini əldən buraxmırıq. Onlara o qədər də məhəl qoymuruq. Biz Rusiya vətəndaşlarıyıq. Bu cür işlərlə məşğul olmaq üçün ölkənin daxili işlər nazirliyi səlahiyyətlidir. Qoy onlar lazımı danışıqları aparsınlar. Lazım gələrsə, döyüşməyə də hazırıq. Müəyyən layihələrdə iştirak etmək üçün də imkanlarımız var. Bizə müraciət edə bilərlər. Kimistəmirsə, sağa da sola da yolu açıqdır.

V.M: Ramzan özü özlüyündə döyüşçüdür, ya dövlət xadimi?

R.K: Mən özümü daha çox döyüşçü hesab edirəm, nəinki dövlət xadimi.

V.M: Mən də məhz bunu soruşmaq istəyirəm. Sizin döyüşçü keyfiyyətinizi. mən bilirəm ki, atanız sizi hansısa işin arxasınca göndərəndə təbii olaraq sizə daha çox etibar edirdi. Siz digər komandirlədən fərqli olaraq tapşırığı daha müfəssəl şəkildə yerinə yetirmiş olurdunuz.

R.K: Mən hətta tapşırığı yerinə yetirməməkdən qorxurdum.

V.M: Çünki sizin məsuliyyətiniz digərlrindən daha çox idi. Sizin bu döyüşçü xarakteriniz sizə hakimiyyətə gəlməyə, daha doğrusu dövlət qurmağa kömək etdimi?

R.K: Əlbəttə, döyüşçü olmaq təkcə əlində avtomat tutub dayanmaq deyil, baxmayaraq ki, mən özüm avtomatdan yaxşı atəş açıram. Mən o nöqteyi nəzərdən özümü döyüşçü hesab edirəm ki, mən xalqın nə istədiyini və bunun üçün nə etmək lazım olduğunu bilirəm. Mən bütün sahələr üzrə münasibətlərdə döyüşçüyəm. Həm siyasi, həm iqtisadi, həm sosial və digər bütün sahələrdə. Mən öz xalqımı çox sevirəm. Atamın getdiyi yolu, məntiqi axıra qədər davam etdirmək istəyirəm. Ya mən bunu edəcəm, ya da öləcəm. Bizim yaxşı komandamız – mütəxəsislərimiz var. Kadrlarımız ölkənin müxtəlif nazirliklərindən əməkdaşlıq etmək üçün iş dəvətləri alıblar. Allah bizə hər işdə kömək edir. Ona görə də bizim yaxşı dostlarımız var. 5 ildən sonra sizi ölkəmizə dəvət etmək istəyirəm. Bizim respublika tanınmaz halda gözəlləşəcək. Bu, Əhməd Hacı Kadırovun komandasının qarşısında duran tapşırıqdır. Düşünürəm ki, döyüşçü, mübariz insanlar ən səmimi insanlardır. Belə insanlar öz həyatını başqasına qurban verə bilir. Onlar mənəvi cəhətdən pak və səxavətli olurlar. Onların heç bir maddi marağı, pulda gözü olmur. Bir qədər əvvəl Ramazan ayında mədrəsədən bir nəfər, əlil arabasında oturan dostumuzu deyirəm, o, bizimlə Həccə getdi və şeytanı daşladı. İndi isə, əlil arabasında əyləşir.

V.M: Siz ona yaxınlaşdınız, qucaqladınız və öpdünüz.

R.K: Mən onu tanıyıram. Mən onu necə öpməyə bilərdim, o, çox gözəl, möhkəm xarakterə malik insandır. Baxmayaraq ki, ayaqları və əlləri yoxdur. O, hər iki ayağını və əllərini Çeçen torpağında sülhün olması üçün verib. Belələri bizdə minlərlədir.

V.M: Mən bilirəm ki, siz onlarn hamısını dəstəkləyirsiniz. Onların ailələrini...


R.K: Bizim gücümüz çatan qədər onlara kömək edirik və edəcəyik də. Onların sayəsində bizim bu gün dövlətimiz var.

V.M: Onlar dövlətdən müəyyən imtiyazlar alırlarmı?

R.K: Bəli, təkcə dövlət proqramı əsasında yox, həmçinin, Əhməd Hacı Kadırovun fondundan da onlara dəstək göstərilir. Hətta keçən il fonddan vətən üçün döyüşənlərə yüzlərlə ev tikilib verildi. O, bu uşaq mədrəsəsinə səbəbsiz yerə gəlməmişdi. Yəqin o, uşaqlar üçün nümunədir .
Həmin mədrəsə o oğlananın dostunun atasının adını daşıyır. Onlar həmişə bir yerdə olublar. Biz həmişə belə edirik ki, onlar üçün nə işlər etdiyimizi görsünlər.

V.M: Biz bir qədər əvvəl sizinlə Qroznının mərkəzində 80 mərtəbəli binanın təməlinə kapsul atma mərasimində olduq. Burada, həmçinin, nəhəng məscid də var. Mən hətta Avropada da bu cür böyük məscid görməmişəm. Hazırda yəqin ki, ən böyük məscid odur. Sualım budur ki, bu 80 mərtəbəli bina və Qroznı şəhəri – bu layihə davam edəcəkmi, yəni şəhəri meqapolisə çevrimək fikriniz varmı, yoxsa bu sadəcə balaca bir anklav olacaq. Yəni ona görə soruşuram ki, çünki Qroznının öz memarlıq üslubu var. Köhnə Qroznıda kiçik evlər üstün təşkil edir. Bu isə yeni Qroznıdır. Tamamilə müasir bir şəhərdir.

R.K: Bizdə bilirsiz belə bir proqram var. Biz istəyirik ki, Qroznını Qafqazın mərkəzi halına gətirək.Qüllə təkcə Çeçen respublikasını deyil, ümumilikdə Qafqazı təmsil edəcək. Bizi günahlandırırlar ki, biz yaşaya bilmirik. Bizim hətta dədə-balalarımız da qüllə tikməyi bacarıblar. Məsələn, Misirdəki piramidalardan hamının xəbəri var. Hamı bu ehramları ziyarət etməyə gedir. Ən çətin yerlərdə, sementsiz və qumsuz tikilmiş qüllələr var ki, yüz illər boyu dağılmadan qalır. İnsanlar yarızirzəmilərdə yaşayanda, bizim dədə-babalarımız qalalarda yaşayırdı. Altımərtəbələrdə evlərdə, dağlarda, ən ucqar yerlərdə, ən əlçatmaz yerlərdə yaşayırdılar. Mən göstərmək istəyiəm ki, biz yaşamağı bacarırıq. Biz gözəl yaşayacağıq. Qafqaz hərbi məkan deyil. Qafqaz hamının anlayışında elə bi yer olmalıdır ki, bütün ölkələr, Azərbaycan, Gürcüstan, Ermənistan, bir-birimizlə küsməməliyik, istəyirəm ki, hamı bura gəlsin. Həmçinin, sizin cavanlar bura gəlsin. Burada idman, əyləncə yerləri, dini yerlərl olacaq. Turizmi inkişaf etdirmək istəyirik. 40 min nəfərlik tələbə şəhərciyi tikmək istəyirik. Qrozni Universitetində tələbələr üçün hər şey olacaq. Neftimiz qazımız olmasa da, tursizm sektorunu inkişaf etdirmək istəyirik. Artıq turist bazaları tikməyə başlamışıq. Fikirləşirəm ki, bizim niyyətlərimiz təmizdir, və bunları reallaşdırmaq çox asan olacaq. Və mən nail olacam ki, Qroznı gənclik mərkəzi olsun.

V.M: Biz bütün günü bir yerdə olduq və mən gördüm ki, siz çox sərbəst maşını idarə edirsiniz, hara getmək barədə qərar verirsiniz. Belə başa düşürəm ki, Çeçenistanda bu gün ümumiyyətlə, təhlükə yoxdur.

R.K: Təhlükə Azərbaycanda da var, Londonda da, Amerikada da var. İstənilən an zəlzələ baş verə bilər. Hər şey ola bilər, qəza ola bilər. Biz dindar adamlarıq. Çeçenistan Respublikası Moskvadan, Bakıdan, Türkiyədən, digər ölkələrdən daha çox təhlükəsizdir. Mən bunu elə-belə, ya da incitmək üçün demirəm. Mən bilirəm ki, burda banditizm, terroçuluq, cinayətkarlıq yoxdur. Bütün sahələr üzrə Rusiyada ən yaxşı göstəricilər bizdədir. Ağır, daha ağır cinayətlər, küçə cinayətləri - ən yaxşı göstəricilər bizdədir. Adətlərimizə görə biz belə deyilik. Bizdə maışn oğurluğu, soyğunçuluq demək olar ki, olmur. Buna bizim mentalitetimiz icazə vermir. Bizim böyüyən nəsil üçün üçün dini-mənəvi tərbiyə üzrə proqramımız var. Nəyə görə bizdə İslam dini qorunub saxlanıb. Çünki bizim adət-ənənələrimiz İslam dini ilə demək olar ki , eynidir. Hətta dindar olmayan insan bu cür hərəkətləri edə bilmir, çünki o çeçendir. Adətlər icazə vermir. Uşaqlıqda bizi bu cür öyrədirdilər. Çoxsu İslamın qanunlarını bilməsə də, adət-ənənələrimizi bilirdilər. Onlar da İslamla oxşardır. Hamıya İslamı zorla qəbul etdirirdilərsə, məhz çeçenlər könüllü qəbul etdi. Çünki adət-ənənələrimiz oxşar idi.

V.M: Sizdən daha nə soruşmaq istərdim. Bu qayda ilə demək olar ki, vəhhabiliklə də problem həll olunub.

R.K: Vəhhabiliklə gəldikdə, bizdə bütün planetin ən problemsiz regionudur. Əvvəllər biz də bandit yuvası var idisə, indi heç bir təriqət qalmayıb. Nə sələfilər, nə təbliğilər, nə xəvariclər, nə də ələvilər. Bizdə yalnız Quran və peyğəmbərin sünnəsi, ənənəvi din var. Ən təhlükəsiz, heç bir təriqət olmadan. Bizdə ancaq peyğəmbərin sünnəsi var. Bizə bu Quranı, sünnəni Allahın rəsulu gətirib. Qalanları bizdə qəbul olunmayıb. Kim bizə hansısa təriqətlə gəlsə, dərhal onun başını kəsərik. Biz onlarla çox "oynamışıq". Belə şeylər bizdə olmamalıdır. Respublikamız ən təhlükəsiz yerdir.

V.M: Bəs necə bu problemi həll etdiniz?

R.K: Biz bununla çox sərt mübarizə aparırdıq və eyni zamanda gənclərə həqiqəti göstərə bildik. Bu illər hüquq və digər sahələrdə savadlı kadrlar yetişdirmişik, onlar hətta ərəb alimlərinə də mühazirələr oxuya bilərlər. Onlar həqiqətən də oxuyublar, təhsil alıblar. Və əgər kimsə gəlib desə ki, vəhhabilik və ya başqa bir şey həqiqətdirsə, biz dərhal ona sübut edirik ki, bu belə deyil. Bunu Quran və sünnə ilə sübut edirik. Elə onların moizələrindəcə onlara sübut edirik ki, yalan deyirlər, onlar məhv etmək lazımdır. Çünki peyğəmbər belə deyib.

V.M: Sizdə sentyabrın 8-i parlament seçkilərdir. Bizdə də ilin sonu prezident seçkiləri olacaq. Mən bilirəm ki, siz bizim prezidentimizi qardaş deyirsiniz, o da sizə qardaş deyir. Sizin hansısa arzunuz varmı? Azərbaycanı kənardan necə görürsünüz? Biz içəridə yaşayarıq və bəzən hadisələri lazımınca dərk edə bilmirik. Siz isə bizi kənardan görürsünüz, kənardan Azərbaycanı necə görürsünüz?

R.K: Mən Azərbaycanı kənardan görməsəydim də, hiss edərdim ki, Azərbaycan inkişaf edir. İlham Heydər oğluna münasibət isə... Mən onun atası haqda eşitmişəm, görüşmüşəm. Yəni atamın yanında olarkən görmüşəm. Və Şeyxülislam sayəsində İlham Heydər oğlu ilə tanış oldum. Onunla xüsusi münasibətlərimiz formalaşıb. Mən ona güclü rəhbər kimi hörmət edirəm. Onun sayəsində dövlət ayağa qalxdı. Həm iqtisadi, həm də siyasi sahədə. Bizim Rusiya ilə gözəl münasibətlərimiz var. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə oldu. Onlar şəhərdə, restoranlarda gəzirdilər. Mən bunu görəndə öz prezidentim adına sevindim. Mənim qardaşım, Azərbaycan prezidenti adına da sevindim. Əgər Azərbaycan xalqı ağıllıdırsa, onda onlar indiki prezidenti dəstəkləyəcəklər. Çünki mən bilmirəm onu kim əvəz edə bilər. Həm də bu dəqiqə o, möminlərə dəstək verir. Məscidlər tikir, yardım edir, beynəlxalq konfranslar keçirir. Hamı ilə onun yaxşı münasibətləri var, o möhkəm dövlət qurur. Böyük Əliyev qurmağa başladı, kiçik Əliyev bu işi davam etdirir. Bu bizi sevindirir. Əgər mənə desəydilər ki, Azərbaycan bu cür dəyişəcək, mən inanmazdım. Mən axırıncı orada olanda, təəccüblənmişdim. Yaxşı mənada təəccüblənmişdim. Şəhərdə gəzdim, mehmanxanaları gördüm. Dəniz sahilində tikilən kompleks nəyə desən dəyər. Biz Türkiyəyə, Dubaya getməkdənsə, Azərbaycana gedə bilərik. Bir saat yoldur. Getdin, dincəldin, gəldin. Bizim üçün, Qafqaz üçün bu ən rahat yerdir.

V.M: Deyəsən, siz indi hava yolu açmaq istəyirsiniz?

R.K: Bəli, hava yolu barədə bizim razılaşmamız var. Əgər bizim Böyük Qardaşımız öz müvafiq qurumlarına tapşırıq versə, biz bunu tez bir zamanda həll edərik. Yoxsa, biz hazırıq. Çeçenlər sizin ölkəyə çox gedib-gəlir. Onların, belə deyək, alqı-saqı əlaqələri var. Ticarət əlaqələri, kiçik və orta biznes əlaqələri var. Fikirləşirəm ki, biz hava yolu aça biləcəyik və daha yaxından dostluq edə biləcəyik.

V.M: Allaha şükür, ananız sağdır. Ananız baxır, Sizin uğurlarınıza sevinir. Amma mənə elə gəlir ki, bəlkə də yanılıram, Siz hər dəfə nəsə edəndə - Siz doğrudan da çox şey etmisiniz, şəhər dəyişib, ölkə dəyişib, insanlar dəyişib – Siz hər dəfə borcunuzu yerinə yetirdikdən sonra bu kabinetə daxil olanda, istərdinizmi ki, atanız içəri girib sizə afərin desin?

R.K: İndiyə qədər, bələkə inanmazsınız,nəsə bir şey məndə alınanda, bir uğur əldə edəndə, dərhal dəstəyi qaldırıb atama zəng vurub demək istəyirəm. Çünki, Əhməd Hacı həyatda ikən, bir-birimizdən uzaq olsaq da, gün ərzində bir-birimizə 10-15 dəfə zəng vururduq. Hesabat verirdik. O mənə nə etdiyini, kimlərlə görüşdüyünü deyirdi, mən də ona deyirdim. İndiyədək, özümdən asılı olmayaraq, ağlımda qalıb ki, nəsə bir şey alınan kimi tez dəstəyi qaldırıb zəng edim. Ancaq anama zəng edə bilirəm. Bölüşmək çətin olur. Mənim bəzən ağladığım da olub. Nəsə bir nailiyyət olanda, Allah yolunda uğur qazananda, atanln başladığı işlə bağlı bir uğur olanda, bilirəm ki, o bunu görür, amma yenə də "Mən bunu etdim" demək istəyirsən. Mın bilirəm ki, o indi sağ olsaydı, fəxr edərdi, sevinərdi. Bəzən mən yuxu da görmüşəm. Qudermesdə damda oturmuşuq, mən deyirəm ki, yaxşı ki, gəldiniz. Yoxsa mən yorulmuşam. Sevinirəm ki, istirahət edəcəm. O isə dedi ki, yox, yox, sən də yaxşı alınır. Gözəl komanda yığa bilmisən. Bu cür də davam et. Mənə nəyisə dəyişmək çətin olacaq. Ona görə də sən davam et. Hətta yuxuda belə atamın dediyi sözlər mənə yeni impuls, yeni enerji verdi. Mən əvvəl çalışdığımdan daha çox çalışmağa başladım. Əgər o bir dəfə nəsə desə, artıq həyatda sənə heç nə lazım deyil.

V.M:Müsahibəyə görə təşəkkür edirəm.




AzNews.az