AzNews.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, 28 yaşlı Neytan Vilas Latç adlı mütəxəssis məxfi informasiyalara çıxış imkanı olan şəxs olub. O, Virciniya ştatında xarici dövlətin rəsmi nümayəndəsinə və ya agentinə məxfi məlumatları ötürməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ədliyyə Nazirliyinin açıqlamasına əsasən, Latçın məhkəmə prosesi mayın 30-da keçiriləcək.
Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə bu kimi hallar ciddi cinayət sayılır və ittiham təsdiqlənərsə, Latçı uzunmüddətli həbs cəzası gözləyir.