Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

30 May 2025 13:49 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

Bununla bağlı parlamentin 85 deputatı spiker Sahibə Qafarovaya müraciət edib.

Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir.

Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.