NATO-nun artan müdafiə ehtiyaclarını ödəmək üçün Almaniyanın ordusunun sayı 260 minə çatdırılmalıdır.
Bu barədə Bundesver Hərbi İttifaqının bəyanatına istinadən “Politico” qəzeti məlumat yayıb .
“Mən güman edirəm ki, NATO sammitində nə qərar veriləcəyindən asılı olaraq, bizə əlavə 40-60 min əsgər lazım olacaq. Bu o deməkdir ki, fəal qüvvələr tədricən 260 min əsgərə qədər artmalı olacaq”, - nəşr Bundesver Assosiasiyasının sədri Andrın sözlərini sitat gətirir.
Həmçinin bildirək ki, hazırda Almaniya ordusunda təxminən 203 min hərbçi var.
Mövsüm
Aznews.az