ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampa keçmiş prezident Co Bayden dövründə mövcud olan immiqrasiya proqramını dayandırmağa icazə verib.
Bu barədə "New York Times" qəzeti məlumat yayıb.
"Cümə günü Ali Məhkəmə Tramp administrasiyasına Baydenin prezidentliyi dövründə həyata keçirilən humanitar proqramı müvəqqəti olaraq dayandırmağa icazə verdi. Bu, müharibə və siyasi təlatümlərlə üzləşən ölkələrdən gələn 500 mindən çox mühacirlərə müvəqqəti yaşamaq icazəsi vermək məqsədi daşıyır", - nəşr yazır.
Məhkəmə qərarının imzalanmadığı və heç bir əsaslandırmanın olmadığı bildirilir. Nəşrin yazdığına görə, hakimlər tez-tez fövqəladə hallarla bağlı müraciətlər üzrə qərar qəbul edərkən bunu edirlər.
Mövsüm
Aznews.az