Xəzərdə zəlzələ baş verib

31 May 2025 09:57 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Aznews.az-a AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təbii fəlakət yerli vaxtla saat 09:02-də qeydə alınıb.

Maqnitudası 3,1 olan zəlzələnin dərinliyi 67 km olub.