Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

31 May 2025 10:51 (UTC+04:00)

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb

Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.