Kəlbəcər sakini Goranboyda minaya düşüb

31 May 2025 14:36 (UTC+04:00)

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.