ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi ölkələr arasında əməkdaşlığın “fundamental elementidir”.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
İranın "Entekhab" nəşri onun sözlərini sitat gətirir: "Bizim üçün tamamilə aydındır ki, sanksiyaların ləğvi məsələsi ABŞ ilə hər hansı anlaşmanın əsas elementi olacaq və təbii ki, biz sanksiyaların ləğvini görməyincə heç bir anlaşma formalaşmayacaq. Sanksiyaların məqsədi təqib və İran xalqına təzyiqdən başqa bir şey deyil " .
Bəqayi həmçinin ABŞ Konqresinin İrana qarşı sanksiyalar tətbiq edən qətnaməni qəbul etmək cəhdinə münasibət bildirib və bunu “açıq-aşkar ziddiyyət” adlandırıb.
Mövsüm
Aznews.az