“Camaat Nüsrət əl-İslam vəl-Muslimin” silahlıları Malidə hərbi bazaya hücum edərək, azı 30 hərbçini öldürüblər.
Bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
“Qərbi Afrikanın Sahel bölgəsində fəaliyyət göstərən “Əl-Qaidə” ilə əlaqəli üsyançı qrup Malidəki hərbi bazaya hücumun məsuliyyətini öz üzərinə götürüb”, - nəşr yazıb.
Agentliyin məlumatına görə, yaraqlılar Malinin mərkəzində, Burkina-Faso ilə sərhəd yaxınlığında yerləşən Bulkessidəki hərbi bazanı ələ keçirə biliblər. Reuters xəbər verir ki, Mali ordusu da öz növbəsində məcburi geri çəkildiyini elan edib.
Mövsüm
Aznews.az