Barbok BMT Baş Assambleyasının sədri seçilib

2 İyun 2025 20:16 (UTC+04:00)

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Barbok BMT Baş Assambleyasının növbəti sədri seçilib.

Bu barədə Almaniyanın "Tagesspiegel" nəşri məlumat yayıb.

BMT-nin rəsmi YouTube kanalında yayımlanan səsvermədən sonra Barbok deyib: "Baş Assambleyanın prezidenti kimi mən bütün üzv ölkələrlə etimada əsaslanan dialoqa girəcəyəm. Mənim qapım hər zaman hamıya açıq olacaq".

Nəşrin məlumatına görə, Barbok bu vəzifəyə yeganə namizəd olub və mümkün 193 səsdən 167-ni toplayıb.

Barbokun andiçmə mərasiminin sentyabrın 9-na planlaşdırıldığı bildirilir.

Mövsüm

Aznews.az