ABŞ -də İsrail Bankının keçmiş sədri və ən böyük iqtisadçılardan biri Stenli Fişer 81 yaşında vəfat edib.
Bu barədə "New York Times" qəzeti məlumat yayıb.
"Stenli Fişer şənbə günü Massaçusets ştatının Leksinqton şəhərindəki evində vəfat edib. Onun 81 yaşı var idi", - məqalədə deyilir.
Oğlu Mayklın sözlərinə görə, ölümün səbəbi Alzheimer xəstəliyinin ağırlaşması olub.
Mövsüm
Aznews.az