İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı paylaşım edib

2 İyun 2025 20:34 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı sosial media hesablarında paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!"