Astarada dənizdə boğularaq ölən tələbənin kimliyi məlum olub.
Aznews.az xəbər verir ki, Astarada dənizdə boğularaq ölən şəxs Lerik rayonunun Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarovdur.
Birinci kurs tələbəsi olan Tunar Qafarov 9 illik tədrisi bitirərək, Astarada kollecdə təhsilini davam etdirib.
Qeyd edək ki, Tunar Qafarov axşam saatlarında dostları ilə dənizdə çimərkən boğularaq ölüb.