"Narxoz"dan UNEC-ə: Ədalət Muradovun aydınlıq yanğısı

2 İyun 2025 22:34 (UTC+04:00)

Azərbaycanda elm və təhsilin inkişafı, şəffaflıq və keyfiyyətin artırılması həmişə cəmiyyətimizin ən aktual problemlərdən biri olub. Bu sahədə ciddi addımlar atılır, danmaq olmaz, fəqət içi mən qarışıq ölkənin aydınlığını düşünən insanların çoxunun arzuları reallaşmış deyil. Az qala hər gün şagird və tələbələrin, intellektual zümrənin problemlərindən yazırıq. Amma nikbin olmağa, ümidlə yaşamağa, insanlarımızın təhsilə verdiyi önəmin peşəkarlıqla tamamlanması tendensiyasına inamla baxmağa əsas yaradan ziyalılarımız da az deyil.

O insanlardan biri professor, iqtisad elmləri doktoru Ədalət Muradovdur.

Sözün doğrusu, bir çoxlarının səmimiyyətə, obyektivliyə və vicdanın səsinə məhəl qoymadığı bir toplumda möhtərəm rektor haqqında bu qənaət və təəssüratlarımın müəyyən suallara rəvac verəcəyinin fərqindəyəm. Odur ki, bəribaşdan iki şey deyim.

Əvvəla, Ədalət müəllimlə tədbirlərdə rastlaşanda hörmətlə salamlaşmaqdan uzağa gedən heç bir münasibətim yoxdur.

İkincisi, üç övladım və yaxın qohumlarım arasında UNEC-də oxuyan və oxuyacaq heç kim yoxdur.

Bu yazını sifariş edən bir ziyalıya zamanında dəyər vermək hissiyatımdır.

Səbəb sadədir: bir zamanlar "Narxoz" adı ilə və ölkənin ən rüşvətxor ali məktəbi kimi tanınan bir ali təhsil ocağı hazırda Azərbaycanın elm və təhsil sahəsində məxsusi brendə çevrilib. Bu transformasiyanın gerçəkləşməsində rektor Ədalət Muradovun fəaliyyətini cəmiyyət olaraq görməzlikdən gəlmək mənəvi suç olar.

Ədalət Muradov UNEC-ə rektor təyin edildiyi dövrdən etibarən universitetdə ciddi islahatlar həyata keçirib. Bu islahatlar, ilk növbədə, şəffaflıq və obyektivlik prinsiplərinə sadiqliyi təmin etməklə universitetin ictimai nüfuzunu bərpa edib. UNEC-in yeni strategiyası bir sıra əsas istiqamətlərdə növbəti irəliləyişlərə yol açıb:

UNEC-in məhz şəffaflıq və obyektivliyə sadiq qalaraq qazandığı uğurlar ölkə daxilində və beynəlxalq miqyasda şöhrətə çevrilib.

Bütün bunların yekunu olaraq, “Narxoz" yeni brendin kölgəsində qalır.

Vaxtilə "Narxoz" kimi tanınan bu müssəsisə, yumşaq desək, neqativ imici ilə yadda qalırdı. Bunu uzun-uzadı dartışmağa belə lüzum yoxdur. İndi UNEC ən çalışqan məzunların üz tutduğu universitetdir. Bu möhtəşəm dəyişiklik Ədalət Muradovun ömrünə, qədərinə yazılmış bir yanğının təzahürüdür.

Aydınlıq yanğısı!

Bizi kütlədən xalqa çevirən də məhz bu yanğıdır.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru