Ayı 54 yaşlı balıqçını yedi

3 Sentyabr 2013 12:25 (UTC+04:00)
Kamçatkada Ossora qəsəbəsində ayı bir balıqçını yeyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə barədə polisə yerli sakinlər xəbər verib.

AzNews.az "Interfaks"a istinadən əsasən xəbər verir ki, ayının yediyi şəxs 54 yaşlı balıqçı olub. O, özü ilə silah götürməyərək balıq ovuna gedib. Halbuki ərazidə çox sayda ayı olduğundan balıqçılar əsasən silahla dolaşırlar.

Balıqçını yeyən ayını vurmaq üçün iki ovçu və polis səfərbər olub.

Elnur
AzNews.az