NATO Avropa üzv ölkələrindən yerüstü hava hücumundan müdafiə qüvvələrini beş dəfə artırmağı xahiş edir.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
“Hava Hücumundan Müdafiə qoşunlarının sayının artırılması məsələsi NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq”, - nəşr qeyd edir.
Mənbələrin bildirdiyinə görə, hava hücumundan müdafiə vasitələrinin sayını artırmaqla alyans iddia edilən “Rusiyanın təcavüzü” qarşısında hava hücumundan müdafiə imkanlarındakı boşluğu doldurmağa çalışır.
Mövsüm
Aznews.az