ABC News: Tramp mümkün Ukrayna nizamlanmasından uzaqlaşır

3 İyun 2025 18:50 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin mümkün həlli məsələsindən uzaqlaşır.

Bu barədə ABŞ rəsmiləri arasında anonim mənbələrə istinadən "ABC News" məlumat yayıb.

"Hətta [İstanbulda Rusiya və Ukrayna arasında] son ​​danışıqlardan əvvəl də , prezident Trampın sülhə doğru irəliləyişin olmaması ilə bağlı məyusluğu artırdı. Onun düşüncəsinə bələd olan rəsmilər deyirlər ki, o, əvvəllər həm Ukrayna, həm də Rusiyanı kəskin tənqid etsə də, son günlər daha da uzaqlaşıb", - məqalədə deyilir.

Məqalə müəllifinin sözlərinə görə, danışıqların ikinci raundu “heç bir mühüm irəliləyiş olmadan” başa çatıb. Amerika prezidenti hələ də Ukraynanın Rusiyaya pilotsuz təyyarələri ilə endirdiyi zərbələrə cavab verməyib.

Mövsüm

Aznews.az