Tuscia Universitetinin kampusunda güclü yanğın baş verib

4 İyun 2025 16:30 (UTC+04:00)

İtaliyanın Viterbo şəhərində Tuscia Universitetinin Kənd Təsərrüfatı fakültəsinin kampusunda güclü yanğın baş verib.

"La Repubblica" qəzeti bu barədə yazıb.

Nəşrin qeyd edib ki, qaynaq işləri aparılan binanın damında başlayan yanğın qısa zamanda aşağıda yerləşən, 500 litr etanol və azot balonlarının saxlandığı laboratoriyalara keçib. Alov pavilyonlardan birinin damının qismən dağılmasına səbəb olub. Qatı qara tüstü sütunu bütün şəhərdən, eləcə də qonşu yaşayış məntəqələrindən görünür.

"Fakültədə olanlar arasında xəsarət alanlar barədə məlumat yoxdur. Damda təmir işləri aparan, ilkin olaraq itkin düşdüyü bildirilən fəhlə tapılıb", - nəşr yazır.

Mövsüm

Aznews.az